Ən çox verilən suallar

"BakıKART" kartını hardan əldə etmək olar?
Bakı Metropoliteninin stansiyalarında və avtobus dayanacaqlarında quraşdırılan "BakıKART" terminallarından bu kartları əldə edə bilərsiniz.
"BakıKART" kartları ilə əlaqədar sual yaranarsa, hara müraciət etmək lazımdır?
Kartın çipində hər hansı bir problem yarandıqda və kart hər hansı bir fiziki qüsura malik olmadığı təqdirdə, "BakıKART" kartlarını Bakı Metropoliteninin 2 stansiyasında (20 Yanvar, 28 May) və “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində fəaliyyətdə olan “Kart-Analiz Mərkəzləri”nə gətirmək lazımdır. Əvvəlcə kartın işləyib-işləməməsi yoxlanılacaqdır. Yoxlanıldıqdan sonra "BakıKART"ın işləməməsi müəyyən edilərsə, yerindəcə həmin istifadəçiyə yeni "BakıKART" verilir və istifadəçinin əvvəlki kartının nömrəsi qara siyahıya salınaraq geri alınır.
Bəs digər suallar yarandıqda hara müraciət edilməlidir?
Əgər "BakıKART" və terminal ilə bağlı başqa sualınız yaranarsa, "BakıKART" layihəsinin nümayəndələri sizə sualın cavablandırılmasında kömək göstərəcəkdir. Habelə Siz hər hansı bir məlumatı qaynar xəttimizdən (*4343) əldə edə bilərsiniz.
Bir "BakıKART" kartı vasitəsilə iki və daha artıq şəxsin avtobusda ödənişini həyata keçirmək mümkündürmü?
"BakıKART" kartına sahib olan hər bir sərnişin “BakıKART” vasitəsilə bir neçə nəfərin əvəzinə ödəniş edə bilər.
Vahid kart sisteminin tətbiqinin nə kimi üstünlükləri vardır?
Vahid "BakıKART" sistemi bu üstünlüklərə malikdir: özündə ictimai nəqliyyat ödənişlərini birləşdirir, ictimai nəqliyyatdan istifadə edənlərin vaxta qənaətini və rahatlığını təmin edir.
Terminallardan hansı növ kartları almaq mümkündür?
"BakıKART" terminallarından "BakıKART" plastik kartlarını və "BakıKART Məhdud istifadə üçün" kağız kartlarını almaq mümkündür.
Sərnişinlərin "BakıKART" plastik kartlarını almasını stimullaşdıran nədir?
"BakıKART”la ictimai nəqliyyat sistemində tam nağdsız ödəniş həyata keçirmək mümkündür. "BakıKART" plastik kartlarının balansını artırmaq üçün nəzərdə tutulmuş "BakıKART" terminallarında 10, 20, 50 qəpik dəyərində sikkələrdən, 1, 5, 10, 20, 50 və 100 Azərbaycan manatı dəyərində əskinaslardan istifadə edilə bilər. Bundan başqa, gələcəkdə bu kartların digər ödənişlərdə də istifadə edilməsi nəzərdə tutulur.

Bizə rəy göndərin

+994
@
plus_circle

Fayl seç