Xankəndidə ictimai nəqliyyatda NFC və QR ödəniş sistemi.

25 aprel tarixindən etibarən Xankəndi şəhərində ictimai nəqliyyat sistemində rəqəmsal ödəniş həllərinin tətbiqinə başlanılıb.
“K Group” MMC tərəfindən həyata keçirilən yeniliyə əsasən, sərnişinlər artıq avtobuslarda NFC texnologiyası və QR kod vasitəsilə təmassız ödəniş imkanlarından istifadə edə bilərlər.
Layihə çərçivəsində şəhər ərazisində “CityCard” və “MilliÖn” terminalları quraşdırılıb, eyni zamanda sərnişinlər üçün “BakıKart”, “CityCard-Qarabağ” kartları istifadəyə verilib.
İlkin mərhələdə sistem 3 marşrut xətti üzrə fəaliyyət göstərir.
1, 2 və 3 nömrəli xətlər üzrə ümumilikdə 10 avtobus sərnişinlərin istifadəsinə verilib.
Qeyd edək ki, hər bazar ertəsi ilk gediş haqqının 1 qəpik olaraq hesablandığı “1 qəpik Mondays” kampaniyası Xankəndiyə də şamil olunur.


“CityCard-Qarabağ” kartı ilə bağlı əlavə məlumat üçün *4343 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

News Image

Sual və rəyləriniz üçün bizə yazın