Haqqımızda

"BakıKART"  - beynəlxalq standartlara uyğun olaraq sərnişinlərin tələblərinə cavab verən ictimai nəqliyyatda gediş haqqının nağdsız elektron ödəniş alətidir.

08 avqust 2015-ci il tarixindən etibarən Bakı Metropolitenində və Bakı şəhərində fəaliyyət göstərən avtobus xətlərində gediş haqqının ödənişi "BakıKART" vasitəsilə həyata keçirilir.

Missiyamız:

İctimai nəqliyyatda ödənişlər üzrə vahid ödəniş aləti olmaqla, ictimai nəqliyyatdan istifadə edənlərin vaxta qənaətini, rahatlığını və ictimai nəqliyyatda ödənişlərin şəffaflığını təmin etmək.

Fəaliyyətimiz:

İctimai nəqliyyatda gediş haqqının ödənilməsi üçün müasir avtomatlaşdırılmış ödəniş sisteminin tətbiq edilməsi;

Bakı şəhərində ictimai nəqliyyatda gediş haqqının ödənişi üzrə vahid sistemin yaradılması;

Nağd pulun dövriyyəsinin azaldılması ilə gediş haqqının ödənilməsində şəffaflığın təmin edilməsi;

Sərnişindaşımanın səmərəli tənzimlənməsi məqsədilə sərnişin daşımaları haqqında operativ və etibarlı məlumatın təmin edilməsi;

Nağdsız ödənişlərin artırılmasının nəticəsi olaraq ictimai nəqliyyatda vergi şəffaflığının təmin edilməsi.




 
BakıKART Tanıtım Filmi

BakıKART Tanıtım Filmi