FAQ

  • question_square
    ÜMUMİ SUALLARchevron_downchevron_up

    • text_justifyleft
      "BakıKART" ilə əlaqədar sualım yarandıqda hara müraciət edə bilərəm?chevron_downchevron_up

      "BakıKART" ilə əlaqədar hər hansı sualınız yarandıqda həftənin bütün günləri saat 07:30-dan 22:00-a qədər fəaliyyət göstərən *4343 nömrəsinə zəng edərək və ya metronun "28 May" və "20 Yanvar" stansiyalarında yerləşən "Kart-Analiz" Mərkəzlərinə müraciət edə bilərsiniz. 

  • book
    BakıKART KARTIchevron_downchevron_up

    • text_justifyleft
      "BakıKART" plastik kartını haradan əldə edə bilərəm?chevron_downchevron_up

      Kartları Bakı Metropoliteninin stansiyalarında və avtobus dayanacaqlarında yerləşən "BakıKART" satış və yükləmə aparatlarından (BKSYA) əldə edə bilərsiniz. 

    • text_justifyleft
      Vahid kart sisteminin tətbiqinin nə kimi üstünlükləri vardır?chevron_downchevron_up

      Vahid "BakıKART" sistemi özündə ictimai nəqliyyat ödənişlərini birləşdirir, ictimai nəqliyyatdan istifadə edənlərin vaxta qənaətini və rahatlığını təmin edir.

    • text_justifyleft
      "BakıKART" kartlarının qırılması, çatlaması, deşilməsi, əyilməsi və ya digər fiziki təsirə məruz qalması halında nə etmək lazımdır?chevron_downchevron_up

      Fiziki təsirə məruz qalan kartın balansını yeni əldə etdiyiniz və ya artıq sahibi olduğunuz digər karta köçürmək üçün kartla birlikdə Bakı metrosunun "20 Yanvar" və "28 May" stansiyalarında yerləşən "BakıKART" "Kart-Analiz" Mərkəzlərinə müraciət etməlisiniz.

    • text_justifyleft
      İtirilmiş və ya oğurlanmış kartın balansını necə bərpa edə bilərəm?chevron_downchevron_up

      Kartlar fərdiləşdirilmədiyi üçün "BakıKART" kartı itirildikdə, oğurlandıqda və ya nömrəsi və daxili çipi oxunmayacaq dərəcədə zədələndikdə, kart bərpa olunmur, bloklanmır və kartdakı balans geri qaytarılmır.

    • text_justifyleft
      "BakıKART" kartının balansını harada və hansı məbləğdə artıra bilərəm?chevron_downchevron_up

      Siz "BakıKART" kartının balansını "BakıKART" portalı, həmçinin Bakı metrosunda, avtobus dayanacaqlarında və mağazalarda yerləşən "BakıKART" və "MilliÖN" terminalları vasitəsilə artıra bilərsiniz. Bir dəfəyə maksimal yükləmə məbləği 100 AZN təşkil edir.

  • desktopcomputer
    BakıKART PORTALIchevron_downchevron_up

    • text_justifyleft
      "BakıKART" portalında (veb səhifəsində) necə qeydiyyatdan keçə bilərəm?chevron_downchevron_up

      "BakıKART" portalında qeydiyyatdan keçmək üçün aşağıdakı əməliyyatları yerinə yetirməlisiniz:

      1. www.bakikart.az saytına daxil olmaq;

      2. "Qeydiyyat" düyməsini seçmək;

      3. Mobil nömrənizi, şifrəni və SMS vasitəsilə gələn aktivasiya kodunu daxil etdikdən sonra qeydiyyatı tamamlamaq lazımdır. 

    • text_justifyleft
      "BakıKART" portalında kartın balansını necə artıra bilərəm?chevron_downchevron_up

      "BakıKART" portalı vasitəsilə kartın balansını artırmaq üçün aşağıdakı əməliyyatları yerinə yetirməlisiniz:

      1. Qeydiyyatdan keçdikdən sonra hesabınıza daxil olmaq;

      2. ""BakıKART" balansını artır" düyməsini və ya "BakıKART"larım bölməsindən yaddaşda saxladığınız "BakıKART" kartını seçmək;

      3. Ödəniş vasitəsini seçmək: Pul kisəsi və ya Bank kartı;

      4. Bank kartı ilə ödəniş edildikdə, yadda saxlanılmış "BakıKART" kartını seçmək və ya digər kartın nömrəsini daxil etmək;

      5. 0.10 AZN-dən 100 AZN-ə qədər tələb olunan məbləği daxil etmək;

      6. "Yüklə" düyməsini seçdikdən bank kartının məlumatlarını daxil edərək ödənişi tamamlamaq.

    • text_justifyleft
      "BakıKART" portalında hesab şifrəsini unutduğum halda nə etməliyəm?chevron_downchevron_up

      Şifrənizi bərpa etmək üçün aşağıdakıları yerinə yetirməlisiniz:


      1. Giriş ekranında "Şifrənizi sıfırlayın" düyməsini seçmək;

      2. Mobil nömrənizi daxil etmək;

      3. SMS kodu və yeni şifrəni qeyd etmək.

    • text_justifyleft
      Öz hesabıma iki fərqli cihazdan daxil ola bilərəm? chevron_downchevron_up

      Nəzərə almalısınız ki, bir hesaba eyni zamanda yalnız bir cihazdan daxil olmaq mümkündür. Digər cihaz vasitəsilə həmin hesaba daxil olunduqda avtomatik olaraq daha əvvəl istifadə olunan cihazdakı hesabdan çıxış edilir.