“BakıKart” Mobil tətbiqini yükləməzdən, “BakıKart” Mobil tətbiqindən və “BakıKart” Portalından (Mobil tətbiq və Portal bundan sonra birlikdə “Tətbiq” adlandırılacaq) istifadə etməzdən əvvəl aşağıdakı şərtləri diqqətlə oxuyun.
Bu “BakıKart” Tətbiqindən istifadəyə dair Müqavilə” (bundan sonra “Müqavilə” adlandırılacaq) İstifadəçi ilə Operator arasında sonuncunun təqdim etdiyi “BakıKart” Tətbiqi vasitəsilə ictimai nəqliyyatda gediş haqqının nağdsız qaydada ödənilməsi, balansın artırılması və Tətbiqin funksionallığı ilə müəyyən edilən digər Xidmətlərə dair (bundan sonra “Xidmətlər” adlandırılacaq) istifadə qaydalarını tənzimləyən sazişi təşkil edir.
Bu Müqavilə ilə təqdim olunan Xidmətlərin və ictimai nəqliyyatda istifadə olunan Kartların qarşılıqlı əlaqəsini nəzərə alaraq, www.bakikart.az saytında yerləşdirilmiş ““BakıKart”dan İstifadə Şərtlər”i ilə tanış olmanız və onlara əməl etməyiniz mütləqdir.
“BakıKart” Tətbiqindən yalnız bu Müqavilə şərtlərinə və Tətbiqdə qeyd olunan digər şərtlərə əsasən istifadə etməyə icazə verilir.
Bu Müqavilə İstifadəçi və Daşıyıcılar arasında sərnişin daşınması müqaviləsini təşkil etmir və Operator Daşıyıcıların sərnişin daşınması ilə bağlı hərəkət və hərəkətsizliynə görə məsuliyyət daşımır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 842.2 maddəsinə və “Avtomobil Nəqliyyatı Haqqında” qanunun 28.2-ci maddəsinə əsasən sərnişin daşınması müqaviləsi İstifadəçi Mobil tətbiqdən və ya Kartdan istifadə etməklə gediş haqqını ödədiyi andan və həmin maddələrdə göstərdiyi digər hallarda bağlanmış hesab edilir. Müvafiq Daşıyıcının göstərdiyi sərnişin daşınması xidmətlərindən istifadə qaydaları Azərbaycan Respublikasının qanunvericiliyi və müvafiq Daşıyıcının qaydaları ilə tənzimlənir.
2.1. Bu Müqavilənin məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
2.2. Müqavilədə təsbit edilmiş hər bir anlayış və ya tərif, Müqavilənin hansı hissəsində yerləşməsindən asılı olmayaraq öz mənasını saxlayır.
3.1. Hazırki Müqavilənin predmetini Tətbiqin funksionalından istifadə etməklə İstifadəçiyə təqdim Xidmətlərin göstərilməsi üzrə hüquq münasibətləri təşkil edir.
3.2. Bu Müqavilə ilə nəzərdə tutulan Xidmətlərin göstərilməsinin təmin edilməsi üçün İstifadəçi Tətbiqdən istifadə etməzdən əvvəl bu Müqavilənin 4-cü bəndinə qeyd olunan qaydada Müqavilənin şərtlərini qəbul etməlidir.
4.1. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 409.4-cü maddəsinə uyğun olaraq, hər hansı kompüter, mobil (smart) telefon, tablet, konsol və ya digər cihazdan (Mobil cihaz) istifadə etməklə Mobil tətbiqi yüklədikdən və Tətbiq vasitəsilə qeydiyyatdan keçdiyiniz və / və ya Xidmətlərimizdən (Tətbiqdən) hər hansı formada istifadə etdiyiniz andan Siz, bu Müqaviləni, “Məxfilik Siyasəti”ni və Portalda qeyd olunan “BakıKartdan İstifadə Şərtləri”ni oxuduğunuzu, başa düşdüyünüzü, bütün müddəaları ilə razı olduğunuzu və hazırki ofertanı (təklifi) tam və qeyd-şərtsiz aksept (qəbul) etdiyinizi bəyan edirsiniz.
4.2. Hazırki Müqavilənin (ofertanın) qəbul (aksept) edilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş yazılı imza ilə imzalanmasına bərabər tutulur və oferta aksept edildiyi andan qüvvəyə minir.
5.1. Bu Müqavilənin şərtlərinə əməl etməyinizdən asılı olaraq, sıradakıları yerinə yetirmək üçün Operator tərəfindən Sizə məhdud, qeyri-eksklüziv, sub-lisenziya hüququ olmadan, geri alına bilən, ötürülə bilməyən lisenziya təqdim edilir: (i) Xidmətlərdən yalnız Sizin istifadənizlə əlaqədar olaraq şəxsi cihazınızla Tətbiqə daxil olmaq və ondan istifadə etmək; və (ii) hər bir halda yalnız şəxsi, qeyri-kommersiya məqsədli istifadəniz üçün Xidmətlər vasitəsilə əldə edilə bilən istənilən məzmuna, məlumatlara və əlaqəli materiallara daxil olmaq və istifadə etmək. Bu Müqavilə ilə açıq şəkildə təqdim edilməyən hər hansı hüquqlar Operator və Operatora lisenziya verənlər tərəfindən qorunur.
5.2. Xidmətlər və onlarla əlaqədar bütün hüquqlar Operatora və ya Operatora lisenziya verənlərə məxsusdur. Xidmətlərdən istifadəniz və ya bu Müqavilə Sizə aşağıdakı heç bir hüququ ötürmür və ya ötürülməsini təmin etmir: (i) yuxarıda verilmiş məhdud lisenziya istisna olmaqla, Xidmətlərlə əlaqədar; və ya (ii) Operatorun və / və ya Operatora lisenziya verənlərin şirkət adından, loqolarından, məhsul və xidmət adlarından, əmtəə nişanlarından və ya xidmət nişanlarından hər hansı şəkildə istifadə etmək və ya onlara istinad etmək.
6.1. Xidmətlər Operatorun nəzarəti altında olmayan və ya Operator tərəfindən idarə edilməyən üçüncü tərəf xidmətləri və məzmunu (reklam daxil olmaqla) ilə əlaqədar və birlikdə təqdim edilə bilər. Siz qəbul edir və razılaşırsınız ki, Operator bu cür üçüncü tərəf xidmətlərinə, o cümlədən onların dəqiqliyi, tamlığı, vaxtlı-vaxtında olması, etibarlılığı, müəllif hüquqlarına uyğunluğu, qanuniliyi, ləyaqəti, keyfiyyəti və ya hər hansı digər aspektinə görə məsuliyyət daşımır. Bu üçüncü tərəf xidmətləri fərqli şərt və qaydaların predmetidir və Siz üçüncü tərəf xidmətlərindən istifadə edərkən, həmin xidmətlərin şərt və qaydalarına uyğun hüquqi məsuliyyət daşıyacaqsınız.
6.2. Əgər bu Müqavilə ilə üçüncü tərəf xidmətlərinin şərt və qaydaları arasında ziddiyyət varsa, üçüncü tərəf xidmətlərinə daxil olmaq və onlardan istifadə etməklə əlaqədar həmin xidmətlərin şərt və qaydaları tətbiq olunacaq. Üçüncü tərəf xidmətləri yalnız sizin bu Müqavilə üzrə Xidmətlərdən istifadənin rahatlığı üçün təmin edilir. Operator bu cür üçüncü tərəf xidmətləri ilə əlaqədar heç bir təmsilçiyi və heç bir dəstəyi təmin etmir. Bundan əlavə, Android və İOS əməliyyat sistemini dəstəkləyən Mobil cihazlar (və ya sair proqram təminatı) vasitəsilə Xidmətlərdən istifadə etdiyiniz təqdirdə müvafiq olaraq Google, Inc., Apple Inc. (və ya sair proqram təminatı təchizatçıları) və/və ya onların müvafiq beynəlxalq törəmə və filialları, bu müqavilənin üçüncü tərəf benefisiarları olacaqlar.
7.1. İstifadəçi aşağıdakılara yol verməməyi öz öhdəsinə götürür:
8.1. Xidmətlərdən istifadə etmək üçün Tətbiqdən qeydiyyatdan keçməlisiniz. Qeydiyyatdan keçməklə təsdiq edirsiniz ki, mənsub olduğunuz ölkədə və ya yaşayış yerinizin yurisdiksiyasında bu Müqaviləni imzalamaq üçün hüquq, o cümlədən fəaliyyət qabiliyyətiniz məhdud və hər hansı himayəçilik altında deyil və bütün zəruri səlahiyyətlərə, o cümlədən, qanunla müəyyən edilmiş hallarda müəyyən şəxslər tərəfindən bu Müqaviləni imzalamaq üçün verilmiş müvafiq icazəyə maliksiniz.
8.2. İstifadəçinin Mobil tətbiqdə və ya Portalda qeydiyyatı aşağıdakı ardıcıllıqla yerinə yetirilir:
8.2.1. Mobil tətbiq vasitəsilə qeydiyyatdan keçdikdə - Mobil tətbiq İstifadəçi tərəfindən müvafiq tətbiq mağazasından (App Store, Google Play) Mobil cihaza yüklənilir;
8.2.2. Mobil tətbiqə və ya Portala daxil olunur;
8.2.3. Qeydiyyat bölməsinə keçid edilir;
8.2.4. Müvafiq xanalara səsli zənglərin qəbulunu və emalını, SMS və USSD ismarıcların qəbulunu və göndərilməsini dəstəkləyən mobil nömrə və şifrə daxil edilir və təsdiq edilir;
8.2.5. Mobil nömrəyə göndərilən aktivasiya kodu müvafiq xanaya daxil edilir;
8.3. Tətbiqdə qeydiyyatdan keçmək üçün yuxarıda göstərilən addımlar həyata keçirildikdən sonra İstifadəçinin daxil etdiyi məlumatlar əsasında İstifadəçinin qeydiyyatı həyata keçirilir və Hesabı yaradılır.
8.4. Hesab yaradılarkən İstifadəçi daxil etdiyi məlumatların doğru, dəqiq, cari və tam olmasına, həmçinin ehtiyac olduqda vaxtında yeniləməsinə görə cavabdehlik daşıyır.
8.5. Bir mobil nömrə ilə yalnız bir İstifadəçinin qeydiyyatı mümkündür.
8.6. Hesab yaradıldıqdan sonra Tətbiqin funksionallığından istifadə etmək və Hesaba daxil olmaq üçün qeydiyyat zamanı daxil etdiyiniz mobil nömrəni və şifrəni müvafiq xanalara daxil etməlisiniz.
8.7. Nəzərə almalısınız ki, eyni Hesaba eyni zamanda yalnız bir Mobil cihazdan daxil olmaq mümkündür. Digər Mobil cihaz vasitəsilə həmin Hesaba daxil olunduqda avtomatik olaraq daha əvvəl istifadə olunan Mobil cihazdakı Hesabdan çıxış edilir.
8.8. Mobil nömrənin dəyişdirilməsi üçün cari vaxtda Hesaba bağlı olan Mobil nömrəyə çıxışınız olmalıdır. Belə olduğu halda yeni nömrə, aktivasiya kodu və cari şifrə Tətbiqin müvafiq xanalarına daxil edikdikdən sonra mobil nömrə dəyişdirilir.
9.1. Mobil tətbiq İOS və Android əməliyyat sistemini dəstəkləyən Mobil cihazlarda istifadə oluna bilər.
9.2. Tətbiqdə qeydiyyat hüququ Azərbaycanın mobil rabitə operatorlarının abunəçisi olan İstifadəçilərə verilir.
9.3. Operator İstifadəçilərə internetə çıxış və məlumat ötürmə xidmətlərini təqdim etmir. Belə xidmətlərdən istifadə və onların ödənişi İstifadəçiyə internetə çıxış və məlumatların ötürülməsi xidmətlərini təqdim edən internet operatoru tərəfindən müəyyən edilmiş qaydada və şərtlərlə İstifadəçi tərəfindən həyata keçirilir.
9.4. Siz, Tətbiqə və onların hər hansı yeniləmələrinə daxil olmaq və onlardan istifadə etmək üçün tələb olunan avadanlıq və ya cihazları əldə etmək və yeniləmək üçün məsuliyyət daşıyırsınız. Operator Tətbiqin və ya onun hər hansı bir hissəsinin hər hansı xüsusi avadanlıq və ya cihazlarda işləyəcəyinə zəmanət vermir. Xidmətlər internetdən və elektron rabitədən istifadəyə xas olan nasazlıqlara və gecikmələrə məruz qala bilər.
10.1. Tətbiqdə qeydiyyatdan keçdikdən sonra hər bir İstifadəçiyə avtomatik olaraq Elektron pul kisəsi təqdim edilir.
10.2. Elektron pul kisəsinin balansı İstifadəçi tərəfindən müvafiq məbləğdə bu məqsədlə ödənilən pul əsasında formalaşır.
10.3. Elektron pul kisəsinin və ya Kartın balansını artırmaq üçün Tətbiqin müvafiq bölməsinə daxil olduqdan sonra Sizə lazım olan məbləği və bank kartının məlumatlarını daxil edib ödəniş əməliyyatını həyata keçirirsiniz.
10.4. İstifadəçi tərəfindən ödəniş edildikdən sonra Elektron pul kisəsinin balansına ödənilən məbləğə bərabər həcmdə elektron pul əlavə edilir.
10.5. Elektron pul kisəsisinin balansının və ya Kartın balansının digər üsullarla (mövcud olduqda) artırılması Tətbiqdə əks etdirilir.
10.6. Operator Elektron pul kisəsinin və ya Kartın balansının Operatordan asılı olmayan səbəblərdən (məsələn, bank kartının qüvvədən düşməsi, bloklaşdırılması, dövlət qurumları və ya bank tərəfindən tətbiq edilən qadağalar, internet şəbəkəsinin olmaması və s.) artırılmasının mümkün olmamasına görə məsuliyyət daşımır.
10.7. Pul kisəsinin balansının geri qaytarılması 15 iş günü ərzində İstifadəçi tərəfindən “BakıKART” Kart-Analiz Mərkəzlərinə edilən müvafiq yazılı müraciət əsasında nağdsız qaydada ödənişin həyata keçirildiyi bank kartına ödənilməklə həyata keçirlir.
10.8. QR Kod vasitəsilə gediş haqqının ödənilməsi imkanını əldə etmək üçün Elektron pul kisəsinin balansında Tətbiqdə qeyd olunan minimal məbləğdə elektron pul olmalıdır.
10.9. Yuxarıda qeyd olunan qaydada Elektron pul kisəsinin balansı artırıldıqdan sonra QR Kod əldə etmək üçün aşağıdakıları yerinə yetirməlisiniz:
10.10. QR bilet yaradıldıqdan sonra Elektron pul kisəsindən müəyyən məbləğdə elektron pul ayrılaraq bloklaşdırılır. İki və ya daha çox QR bilet yaradıldığı halda elektron pulun ayrılması və bloklaşdırılması hər bir QR bilet üçün ayrı-ayrılıqda tətbiq edilir.
10.11. Bloklaşdırılan minimal məbləğ qədər Elektron pul kisəsinin balansında pul olmadıqda avtomatik olaraq QR biletin yaradılmasına imtina edilir.
10.12. QR bilet yaradıldıqdan sonra bunun üçün Tətbiqdə müəyyən edilən qüvvədə olma müddəti ərzində istifadə olunmalıdır.
10.13. QR Kodu Oxuma cihazında oxutduqdan sonra istifadə edilən müvafiq marşrut xətti üzrə qanunvericiliklə müəyyən edilmiş gediş haqqı məbləği Elektron pul kisəsindən (bloklaşdırılan məbləğdən) çıxılır və həmin QR biletə dair bloklaşdırılan artıq məbləğ Elektron pul kisəsinə geri qaytarılır.
10.14. QR bilet qüvvədə olma müddəti ərzində istifadə edilmədikdə bloklaşdırılan məbləğ yalnız 48 saat sonra Elektron pul kisəsinə geri qaytarılır.
10.15. QR biletin istifadə olunduğu (gediş haqqının ödənildiyi) vaxtdan sonra 48 saat ərzində istifadə əməliyyatının Sistemlə sinxronlaşdırılması Sistemdə yaranan gecikmələr, şəbəkənin itməsi və ya hər hansı digər səbəbdən mümkün olmadıqda, bloklaşdırılan məbləğ tam həcmdə (gediş haqqı çıxılmadan) Elektron pul kisəsinə geri qaytarılır. Bu gediş haqqı məbləği istifadə əməliyyatının Sistemlə növbəti uğurlu sinxronizasiyasından sonra avtomatik olaraq Elektron pul kisəsindən çıxılır.
10.16. Hər QR bilet yalnız bir nəfərin bir istifadəsi üçün təqdim edilir.
10.17. Mobil tətbiqdə yaradılması mümkün olan QR biletlərin sayı, bloklaşdırılan məbləğ, QR bilet yaratmaq üçün Elektron pul kisəsinin minimal balansı, Elektron pul kisəsinin maksimal balansı, Elektron pul kisəsinin və Kartın balansını artırmaq üçün bir əməliyyat çərçivəsində ödənilən minimal və maksimal məbləğ və digərləri Tətbiqin müvafiq bölməsində qeyd olunan limitlərə əsasən müəyyən edilir.
10.18. İstifadəçi tərəfindən bu Müqavilə ilə bağlı həyata keçirilən ödənişlər ilə əlaqədar tətbiq edilən vergi və digər icbari yığımlara (komissiya və s.) görə Operator məsuliyyət daşımır.
10.19. Operator əvvəlcədən xəbərdarlıq etmədən bu Müqavilə və Tətbiqlə müəyyən edilən limitləri birtərəfli qaydada dəyişdirə bilər.
10.20. Daşıyıcıların xidmətləri üzrə qanunvericiliklə müəyyən edilmiş gediş haqları dəyişdikdə müvafiq Daşıyıcının xidmətlərindən istifadə etdiyiniz an Elektron pul kisəsinin balansından qüvvədə olan tariflərə əsasən gediş haqqı məbləği çıxılacaq.
10.21. Bu Müqavilə ilə həyata keçirilən ödənişlər Azərbaycan manatı ilə aparılır.
11.1. Operator ondan asılı olmayan səbəblərdən Xidmətlərin göstərilməsində baş verən nasazlıqlar, gecikmələr, səhvlərə görə məsuliyyət daşımır.
11.2. İstifadəçi onun Hesabı vasitəsilə həyata keçirilən bütün əməliyyatlara görə cavabdehdir. İstifadəçi Giriş məlumatlarını gizli saxlamalı (Operator tərəfindən əməliyyatların müəyyənləşdirilməsi məqsədləri istisna olmaqla), təhlükəsizliyini təmin etməli və üçüncü şəxslərə təqdim etməməlidir.
11.3. İstifadəçi Mobil cihazının təhlükəsizliyini təmin etmək üçün müvafiq tədbirlər görməyi öhdəsinə götürür və onun Mobil cihazına üçüncü şəxslər tərəfindən istənilən müdaxiləyə görə fərdi məsuliyyət daşıyır. Mobil cihaz itirildikdə, İstifadəçi Tətbiqlə əlaqələndirdiyi bank kartlarını bloklamaq üçün lazımi tədbirlər görməyi öhdəsinə götürür.
11.4. Operator Tətbiqdən və ya Kartdan istifadə üzrə hər hansı qeyri-qanuni və ya saxtakarlıq aşkar etdikdə və ya buna dair yetərli şübhələr olduqda, İstifadəçi Hesabını və/və ya ya Kartı bloklaşdırmaq (müvəqqəti və ya həmişəlik) və ya digər məhdudiyyətləri tətbiq etmək hüququna malikdir. İstifadəçi hər hansı səbəbdən Elektron pul kisəsinin balansında yetəri məbləğ olmadan ictimai nəqliyyatdan istifadə etdikdə və ya Tətbiqdən istifadə edərkən hər hansı hərəkət və ya hərəkətsizliyi ilə istənilən saxtakarlığa yol verdikdə - növbəti dəfələrdə Elektron pul kisəsinin balansı artırıldıqdan sonra Operator qarşılaşdığı zərərin əvəzini (ödənilməyən gediş haqqının əvəzi və s.) Elektron pul kisəsindən tuta bilər.
11.5. Kartın və ya Elektron pul kisəsinin balansı artırılarkən İstifadəçi daxil etdiyi bütün məlumatların (həmçinin Kartın nömrəsinin, ödədiyi məbləğin həcminin və s.) düzgünlüyünə görə birbaşa məsuliyyət daşıyır.
11.6. İstifadəçinin hər hansı səbəbə görə (məsələn, Kartın nömrəsinin və ya ödənilən məbləğin səhv daxil edilməsi) istifadəçisi olmadığı Kartın və ya Elektron pul kisəsinin balansını artırması nəticəsində qarşılaşdığı itkiyə görə Operator məsuliyyət daşımır və həmin Karta və Elektron pul kisəsinə ödənilən məbləğ İstifadəçisi olmayan şəxsə heç bir halda geri qaytarılmır.
11.7. Operator İstifadəçinin xəbəri olub-olmamasından asılı olmayaraq üçüncü şəxs tərəfindən İstifadəçinin Giriş məlumatlarından icazəsiz istifadəsinə və ya hər hansı formada istifadəsi nəticəsində İstifadəçinin məruz qaldığı itkilərə görə məsuliyyət daşımır.
11.8. İstifadəçi Hesabının təhlükəsizliyi ilə bağlı hər hansı sual yarandığı təqdirdə dərhal Operatora bununla bağlı müraciət etməlidir.
11.9. İstifadəçi Elektron pul kisəsinin və ya Kartın balansını qeyri-qanuni yolla artırmağa görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.
11.10. Mobil tətbiqin root və ya jailbreak (mobil cihazın proqram təminatına müdaxilə) olunmuş cihazlarda işləməsinə zəmanət verilmir.
11.11. İstifadəçi Tətbiqdən istifadə etməyə imkan verən Mobil cihazın proqram təminatına, Tətbiqə İstifadəçi və ya üçüncü şəxslər tərəfindən, habelə bu cihazlarda və proqram təminatında olan “viruslar” və digər zərərli proqramlar vasitəsilə edilən müdaxilələr və ya İstifadəçi tərəfindən bu Müqavilənin şərtlərinin və Tətbiqdə yerləşdirilən Xidmətlərdən istifadəyə dair tövsiyələrin pozulması nəticəsində Operator qarşısında və onun itkilərinə görə məsuliyyət daşıyır.
11.12. QR kodun şəklinin çəkilməsi, ekran görüntüsünün alınması, digər şəxslərə göndərilməsi, bir QR biletdən fərqli ictimai nəqliyyat vasitələrində istifadə etmək üçün cəhd edilməsi və ya başqaları tərəfindən göstərilənləri yerinə yetirmək üçün hər hansı formada şərait yaradılması qadağandır.
11.13. Operator cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair qanunvericilik və ya digər normativ hüquqi aktlar ilə müəyyən edilmiş tələbləri yerinə yetirdikdə İstifadəçinin hesabına məhdudiyyət tətbiq edə bilər.
11.14. İstifadəçinin şəxsiyyəti fərdiləşdirilmədiyi və müəyyən edilmədiyi üçün Operator heç bir halda Elektron pul kisəsinin və ya Kartın balansının geri qaytarılmasından və/və ya Mobil tətbiqdən istifadə üzrə digər hərəkətlərdən imtina nəticəsində İstifadəçiyə dəymiş ziyana və İstifadəçinin itkilərinə görə məsuliyyət daşımır.
12.1. Tərəflərin nə əvvəlcədən görə bilmədikləri, nə də görülə biləcək tədbirlərlə təsir etməyə qadir olmadıqları qarşısıalınmaz qüvvə (məsələn, dövlət ödəniş sistemlərinin fəaliyyətində nasazlıq, elektrik enerjinin və ya rabitə xidmətlərinin təchizatında fasilələr, zəlzələ, daşqın, yanğın, epidemiya, pandemiya, karantin, tətil, dövlət orqanlarının qərarları, hərbi əməliyyatlar, terror aktları, üçüncü şəxslərin hərəkətləri) nəticəsində Tərəflər bu Müqavilədə qeyd olunan öhdəliklərini qismən və ya tamami ilə icra edə bilmədikdə, Tərəflər belə qarşısı alınmaz qüvvənin davam etdiyi bütün müddət üzrə öhdəliklərini icra etməməyə görə məsuliyyətdən azaddırlar.
13.1. Bu Müqavilə Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir.
13.2. Bu müqavilənin icrası və ləğvi zamanı baş verə biləcək bütün mübahisələr tərəflər arasında danışıqlar yolu ilə pretenziya qaydasında həll edilir.
13.3. Mübahisələr danışıq yolu ilə Pretenziya qaydasında 60 (altmış) gün ərzində nizama salınmadıqda Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq Azərbaycan Respublikasının məhkəmələrində həll edilir.
14.1. Operator xəbərdarlıq etmədən bu Müqaviləyə birtərəfli qaydada dəyişiklik və ya əlavələr etmək hüququna malikdir. Müqavilənin dərc edildiyi zaman dəyişikliklərin qüvvəyə minməsinin başqa müddəti əlavə olaraq müəyyənləşdirilməyibsə dəyişikliklər Tətbiqdə dərc edildiyi andan qüvvəyə minir. İstifadəçiyə bu Müqavilənin şərtlərində dəyişikliklərin və/və ya əlavələrin olduğunu mütəmadi olaraq yoxlamaq tövsiyə olunur. Bu Müqaviləyə dəyişikliklər və/və ya əlavələr edildikdən sonra İstifadəçi tərəfindən Mobil tətbiqin istifadəsinə davam etdirilməsi İstifadəçinin bu cür dəyişikliklər və/və ya əlavələri qəbul etməsi və onlar ilə razılaşması deməkdir.
14.2. İstifadəçi Mobil tətbiqi mobil cihazdan silməklə Müqavilənin icrasından birtərəfli qaydada imtina edə bilər.
14.3. İstifadəçi tərəfindən bu Müqavilə ilə müəyyən edilmiş şərtlər kobud şəkildə pozulduğu təqdirdə Operator əvvəlcədən xəbərdarlıq etmədən İstifadəçi Hesabını həmişəlik bloklaşdırmaqla (məhdudiyyət tətbiq etməklə) Müqaviləyə birtərəfli qaydada xitam verə bilər.
14.4. Operator təşkilati, texniki səbəblərə və İstifadəçi tərəfindən Müqavilənin şərtləri pozulduğu təqdirdə görə istənilən vaxt Müqaviləyə xitam vermək və İstifadəçinin Tətbiqdən istifadə imkanını məhdudlaşdırmaq hüququnu özündə saxlayır.
14.5. İstifadəçi tərəfindən Müqavilənin şərtləri pozulduqda Operatorun hərəkətsizliyi onu sonradan öz maraqlarını qorumaq hüququndan məhrum etmir, habelə İstifadəçi tərəfindən gələcəkdə eyni və ya oxşar pozuntulara yol verildiyi təqdirdə, bu, Operatorun öz hüquqlarından imtina etməsi kimi təfsir edilə bilməz.
14.6. Bu Müqavilənin hər-hansı şərtinin etibarsızlığı müqavilənin digər şərtlərinə əhəmiyyətli dərəcədə təsir etmirsə və qanunvericilikdə başqa qayda nəzərdə tutulmayıbsa onun digər şərtlərinin etibarsızlığına səbəb olmur.
14.7. Bu Müqavilədəki maddələrin başlıqları Tərəflərin rahatlığı üçündür və Müqavilənin hər hansı müddəasının təfsir olunmasında rol oynaya bilməz.
14.8. Kontekstdən ayrı qaydanın irəli gəldiyi hal istisna olmaqla, tək halında istifadə olunan sözlərə onların cəm halından olan formaları da daxildir və cəm halında istifadə olunan sözlərə onların tək halında olan formaları da daxildir.
14.9. Müqavilənin məqsədləri üçün “üçüncü şəxs” dedikdə Müqaviləyə tərəf olmayan hər hansı şəxs nəzərdə tutulur.
14.10. Bu Müqavilə Azərbaycan, Rus və İngilis dillərində tərtib edilmişdir, lakin dillər arasında hər hansı uyğunsuzluq olduqda Azərbaycan dilindəki versiyaya üstünlük veriləcəkdir.