189 nömrəli müntəzəm marşrut xətti

189 nömrəli müntəzəm marşrut xətti

03/02/2023 13:36:02

“General Avto Company” firmasının istismarında olan 189 nömrəli (Nardaran qəsəbəsi – “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi) müntəzəm marşrut xətti üzrə sərnişindaşımaları “BakuBus” MMC-yə həvalə edilib. Müntəzəm marşrut xətlərinin istismara verilməsi ilə bağlı keçirilən müsabiqənin nəticələrinə əsasən, “BakuBus” MMC qalib olub. 16.01.2023-cü il tarixindən bu xətt üzrə sərnişindaşıma tələblərinə tam cavab verən müasir və komfortlu avtobuslar fəaliyyət göstərəcək. Gediş haqqı nağdsız qaydada "BakıKart" kartları vasitəsilə həyata keçiriləcək.

chevron_left_2 Bütün xəbərlər