"BakıKART" Plastik Kartı
Bakı Metropolitenində və "BakıKart" avtomatlaşdırılmış ödəniş sisteminə qoşulmuş Bakı şəhərində fəaliyyət göstərən avtobus xətlərində gediş haqqının ödənişi "BakıKART" plastik kartı vasitəsilə həyata keçirilir. “BakıKART”ı Bakı Metropoliteninin stansiyalarında və avtobus dayanacaqlarında quraşdırılan "BakıKART" terminallarından əldə edə bilərsiniz. Kartın balansını “BakıKART” ödəmə terminalları və POS-terminalları, “MilliÖN” terminalları, “BakıKart” mobil tətbiqi və veb portal vasitəsilə artıra bilərsiniz. “BakıKART” terminallarında 0.10, 0.20, 0.50 manat dəyərində sikkələrdən, 1, 5, 10, 20, 50 və 100 Azərbaycan manatı dəyərində əskinaslardan istifadə edilə bilər.
Kartın satış qiyməti 2 AZN-dir;
- Gediş haqqı tarifi qanunvericiliyə əsasən marşrutdan asılı olaraq 0.40 manatdan 1.30 manat aralığında müəyyən edilmişdir;
- Kartın istifadəsi “Kartdan İstifadə Şərtləri”nə əsasən tənzimlənir;
- Kartın fiziki qüsuru yoxdursa, istifadəsinə bir il zəmanət verilir.
Tariflər
Gediş haqqı "BakıKART" vasitəsilə ödənilən marşrut xətləri və qüvvədə olan qanunvericiliyə əsasən tariflər aşağıdakı kimidir:
Tarif |
Marşrut xətti |
0.40 |
Bakı Metropoliteninin bütün stansiyaları Qəsəbədaxili: 190 |
0.45 |
Şəhərətrafı və qəsəbələrarası: 130, 131, 132, 139, 161, 163, 172, 179, 189, 194, 199, 211, 217, M8 |
0.50 | Şəhərətrafı və qəsəbələrarası: 123, 125, 127, 160, 175, 206, 114A, 114B, Q1 |
0.60 | Şəhərətrafı və qəsəbələrarası: 149, E1 |
1.30 |
Şəhərətrafı və qəsəbələrarası: H-1 |