BakıKart mobil tətbiqi istifadəçilərin ixtiyarına verilib

BakıKart mobil tətbiqi istifadəçilərin ixtiyarına verilib

20/06/2023 22:27:17

BakıKart mobil tətbiqi istifadəçilərin ixtiyarına verilib.

 

BakıKart mobil tətbiqi istifadəçilərə vaxt qazandıran və ictimai nəqliyyatdan istifadə prosesini sadələşdirən bir təcrübə təklif edir. Bu tətbiq ilə istifadəçilər asanlıqla səyahətlərini planlaşdıra, QR bilet vasitəsilə gediş haqqını ödəyə, “BakıKart” plastik kartlarının balansını artıra və onları bir yerdə idarə edə bilərlər. Bundan başqa qeyd olunmalıdır ki, BakıKart mobil tətbiqi və www.bakikart.az saytı vasitəsilə təmin edilən platforma üzrə hesablar vahiddir. Bu o deməkdir ki, www.bakikart.az saytı vasitəsilə qeydiyyatdan keçmiş istifadəçilər üçün mobil tətbiqdə yenidən qeydiyyatdan keçməyə ehtiyac yoxdur.

 

Əsas xüsusiyyətlər:

 

Hesab idarəetməsi: İstifadəçilər hesab üçün qeydiyyatdan keçə, “BakıKart” plastik kartlarını əlavə edə, əməliyyat tarixçələrini görə və şəxsi məlumatlarını idarə edə bilərlər. Mobil tətbiqdə qeydiyyatdan keçmək üçün yalnız mobil nömrə və şifrə kifayətdir.


Səyahət planlaşdırması: İstifadəçilər marşrutları asanlıqla axtara, təyinat yerinə getmək üçün ən yaxın dayanacaqları tapa, avtobusları real vaxt rejimində izləyə və səyahətlərini tətbiqin intiutiv interfeysindən istifadə edərək planlaşdıra bilərlər.

Pul kisəsi və “BakıKart” plastik kartlarının ödəniş dəstəyi: İstifadəçilər mobil tətbiqdə qeydiyyatdan keçdikdən sonra yaradılan Pul kisələrinə pul yükləyə, bank kartı və ya Pul kisəsindən istifadə edərək “BakıKart” plastik kartlarının balansını artıra və mobil tətbiqə əlavə edilmiş “BakıKart” plastik kartlarını görə bilərlər.


QR Bilet: Tətbiq istifadəçilərə sadəcə bir toxunuşla bir neçə QR biletləri yaratmağa və QR bilet tarixçələrini görməyə imkan verir.

Əsas şərtlər:

    a) Hər bir QR bilet yalnız bir gediş üçün etibarlıdır;

    b) Yaradılmış hər bir QR bilet üçün Pul kisəsinin balansından 1 AZN bloklaşdırılır;

    c) QR bilet yaradıldıqdan sonra 5 dəqiqə ərzində etibarlıdır və həmin müddət ərzində istifadə olunmalıdır;

    d) QR bilet istifadə olunduqdan sonra müvafiq marşrut üzrə gediş haqqı məbləği bloklaşdırılan məbləğdən çıxılır və qalıq məbləğ Pul kisəsinin balansına geri qaytarılır;

    e) QR bilet 5 dəqiqə ərzində istifadə edilmədikdə, bloklaşdırılan məbləğ Pul kisəsinin balansına 72 saat ərzində geri qaytarılır.


Əlavə xüsusiyyətlər: Bildirişlər, Pul kisəsinə ödənişlərin tarixçəsi, bank kartları ilə əməliyyat tarixçəsi və yeniliklər barədə məlumatlar.

 

Mobil tətbiq hazırda beta versiyada olduğu üçün istifadəçilər xətalarla və ya qeyri-dəqiq məlumatlarla qarşılaşa bilər. Bununla əlaqədar olaraq, istifadəçilərdən qarşılaşdıqları xətalar barədə tətbiq vasitəsilə məlumat vermələri xahiş olunur.

 

 

Suallarınız və ya kömək üçün *141 və ya *4343 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

 

 

BakıKart mobil tətbiqini aşağıdakı linklərdən yükləyə bilərsiniz:

 

App Store (iOS) - https://apps.apple.com/az/app/bakıkart/id6444960659

 

Google Play Store (Android) - https://play.google.com/store/apps/details?id=prod.bakikart.az

 

 

 

 

 

chevron_left_2 Bütün xəbərlər