BakıKart haqqında

"BakıKart" beynəlxalq standartlara uyğun olaraq sərnişinlərin tələblərinə cavab verən ictimai nəqliyyatda gediş haqqı üçün nağdsız elektron ödəniş alətidir. Bakı Metropolitenindəki və Bakı şəhərində fəaliyyət göstərən avtobus xətlərində gediş haqqının ödənilməsi "BakıKart" terminalı vasitəsilə həyata keçirilir.

 

Missiyamız

İctimai nəqliyyatda ödənişlər üzrə vahid ödəniş aləti olmaqla, ictimai nəqliyyatdan istifadə edənlərin vaxta qənaətini, rahatlığını və ictimai nəqliyyatda ödənişlərin şəffaflığını təmin etmək.

 

Fəaliyyətimiz

 

  • İctimai nəqliyyatda gediş haqqının ödənilməsi üçün müasir avtomatlaşdırılmış ödəniş sisteminin tətbiq edilməsi;
  • Bakı şəhərində ictimai nəqliyyatda gediş haqqının ödənişi üzrə vahid sistemin yaradılması;
  • Nağd pulun dövriyyəsinin azaldılması ilə gediş haqqının ödənilməsində şəffaflığın təmin edilməsi;
  • Sərnişindaşımanın səmərəli tənzimlənməsi məqsədilə sərnişin daşımaları haqqında operativ və etibarlı məlumatın təmin edilməsi;
  • Nağdsız ödənişlərin artırılmasının nəticəsi olaraq ictimai nəqliyyatda vergi şəffaflığının təmin edilməsi.
News Image

Sual və rəyləriniz üçün bizə yazın

BakıKart tərəfindən sərnişinlərin nəzərinə: NFC ödəniş sistemi ilə bağlı suallara cavab. Ətraflı oxu >
Bakı şəhərinin ictimai nəqliyyat sistemində rəqəmsal ödəniş imkanlarının genişləndirilməsi istiqamətində mühüm mərhələ uğurla tamamlanıb. Ətraflı oxu >
Bakıda “BakuBus”un bütün avtobuslarında NFC ödənişləri aktivləşdirildi! Ətraflı oxu >